Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini sındırıb

Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini sındırıb
10:05 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Rammstein" qrupunun lideri Till Lindemann pərəstişkarının çənəsini sındırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Münhen şəhərində yerləşən hotellərin birində qeydə alınıb.

Lindemann dostu və rəfiqəsi ilə buradakı barda əylənib. Bu zaman 54 yaşlı pərəstişkarı ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib.

Rədd cavabı alan pərəstişkar əvəzində müğənninin rəfiqəsini təhqir etməyə başlayıb.

Yaranmış mübahisə zamanı "Rammstein"in solisti pərəstişkarını vurub və onun çənəsini sındırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR