"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi

"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi
10:47 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Kontakt Home" aparıcı Səma Camalqızının ittihamlarına cavab verdi.

Milli.Az-ın redaksiyasına göndərilən məktubda deyilir ki, şikayət şirkətə daxil olduğu andan etibarən məsələ araşdırılır:

""Kontakt Home" şirkəti olaraq daima müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etmək prinsipini rəhbər tutduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Keçmiş aparıcı "Kontakt home"dan şikayət etdi: "Sınıq home"du ora"

Məlumat üçün bildirək ki, şikayət şirkətimizə daxil olduğu andan etibarən məsələ araşdırılmaq üçün Səma xanımla əlaqə yaradılmış və həlli ilə bağlı işlər görülməyə başlanılmışdır.

Prosedur qaydalarına və zəmanət şərtlərinə əsasən, Səma xanıma rəsmi servis mərkəzlərimizə müraciət etmək tövsiyə olunmuş və bununla bağlı razılığa gəlinmişdir".

Şirkətdən qeyd edilib ki, ümumiyyətlə, qeyd olunan məsələ ilə bağlı rəsmi servis diaqnostikası olmadan məhsulun keyfiyyəti ilə əlaqədar hər hansı bir şərh vermək və bununla bağlı ittiham irəli sürmək doğru deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/762304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR