Repçilərin narkotik qalmaqalı basqınla bitdi

Repçilərin narkotik qalmaqalı basqınla bitdi
13:42 12 İyun 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

"Kadıköy Acil" və "İstanbul Trip"in keçmiş solisti "Şam" ləqəbli repçi Şamil Oymaq eks-qrup dostları barədə iddia irəli sürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində repçilərin narkotik satdığını, uşaqları zərərli maddələrə alışdırdığını və satanizmə yönləndirdiyini qeyd edib.

Şamil, eyni zamada, "Kadıköy Acil"in yaradıcısı, "Selo" ləqəbli repçinin onu 10 yaşında narkotikdən istifadəyə məcbur etdiyini vurğulayıb.

Sözügedən açıqlamadan sonra hər iki qrupun üzvləri "Şam"ı təhdid etməyə başlayıblar. Bundan əlavə onlar, Ş.Oymağın evinə basqın ediblər.

Həmin anlar repçi İnstaqram-da canlı yayımda olan zaman baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR