Bakıda ÜGT-nin İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi keçirilir

Bakıda ÜGT-nin İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi keçirilir
14:15 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirə 91 ölkənin gömrük və sərhəd xidməti orqanları, informasiya texnologiyaları sektoru, biznes, hökumət və ticarət təşkilatlarının, eləcə də elmi dairələrin 500-ə qədər nümayəndəsi qatılıb.

Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kang və ÜGT-nin Baş katibi Kunio Mikuriya iştirak edib.

Açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Prezident İlham Əliyevin Konfrans və Sərgi iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Konfrans çərçivəsində keçiriləcək plenar sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi mövzuları müzakirə olunacaq.

Qeyd edək ki, İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi ÜGT-nin ən mötəbər tədbirlərindən biri hesab olunur və bu tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğurların nəticəsidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3075543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR