"Qarabağ"dan ayrılan futbolçu Polşa klubuna transfer oldu

"Qarabağ"dan ayrılan futbolçu Polşa klubuna transfer oldu
14:27 12 İyun 2019
84 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"dan ayrılan polşalı futbolçu Yakub Jezniçakın yeni klubu bəlli olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli oyunçu Ploçk şəhərini təmsil edən "Visla" klubuna keçib. Klub saytının məlumatına görə, Jezniçakla ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli formada çıxış edəcək.

"Visla" ötən mövsüm Ekstraklasını 14-cü sırada başa vurub.

Jezniçak 2017-ci ildə "Qarabağ"a "Legiya"dan keçmişdi. O, Ağdam klubunda 46 oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR