Azərbaycan millisinə 2 qol vurdu, tarixə düşdü

Azərbaycan millisinə 2 qol vurdu, tarixə düşdü
14:37 12 İyun 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını 5:1 hesabıyla məğlub edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Slovakiya millisinin kapitanı Marek Hamşik yeni uğura imza atıb. Azərbaycan millisi qarşısında dubla imza atan yarımmüdafiəçi, yığmada ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Hamşik Slovakiya millisinin heyətində keçirdiyi 114 oyunda 24 qol vuraraq, yığmanın bombardiri olub. O, həm də Slovakiya millisində ən çox forma geyinən futbolçudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR