Roma Papası: "İnsanların dini inanclarını təhqir etmək yolverilməzdir"

Roma Papası: "İnsanların dini inanclarını təhqir etmək yolverilməzdir"
18:37 15 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk “Charlie Hebdo” satirik jurnalına qarşı terror hücumuna münasibət bildirib.

APA-nın “NBC News” və “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Filippinə səfərə yola düşən Papa təyyarədə jurnalistlərə açıqlamasında dini inancların təhqir olunmasını yolverilməz saydığını bəyan edib. Söz və dini etiqad azadlığının insanların ayrılmaz hüquqları olduğunu vurğulayan Roma Papası, eyni zamanda dinlərin təhqir olunmasını qınayıb və deyib ki, bu cür hadisə gözlənilən idi:

“Düşüncəni ifadə etməyin də sərhədləri var. Məsələn, ən yaxın dostum Qasparri anamı təhqir edərsə, məndən yumruq zərbəsi ala bilər. Bu, normaldır. Kimisə təhrik etmək, inanclarına həqarət etmək və lağa qoymaq yolverilməzdir”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR