"Gəlinlə bəy toydan sonra bal ayına gedib, boşanıb qayıdırlar"

"Gəlinlə bəy toydan sonra bal ayına gedib, boşanıb qayıdırlar"
15:27 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan "Hüseynova bacıları" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni toy adətlərini tənqid edib:

"Toyda atanın qız qucaqlaşıb ağlamasını qəbul etmirəm. Əvvəl hər şeyi ata-qardaşdan ayıb edərdilər. İndi xınanı toyun içinə salır, atanın gözü qabağında edirlər. Bir də toylarda ara musiqiləri yığışdırsınlar. Toydan sonra bəylə gəlin gedir bal ayına. Bal ayından artıq boşanıb gəlirlər. Gəlin qayınana və qayınata yanında bir otursun, qorxsun da".

Seyidcahan kişilərdə sevmədiyi hallardan danışıb:

"Kişinin burnuna pirsinq, qulağına sırğa taxmasını xoşlamıram. Tatu etdirməsi pisdir. Bir də başına tük əkdirənləri bəyənmirəm. Nə olsun ki, saçında tük tökülür. Əsas ürəyinin tükü tökülməsin. Kişilər elə bilir ki, keçəl olsa, qadın onu sevməyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/762422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR