"Dünyanın xilaskarı" tapıldı- Ərəb şahzadənin lüks yaxtasında

Dünyanın ən bahalı tablosu ünvanına sahib olan Da Vinçinin "Dünyanın xilaskarı" tablosu tapılıb.

Metbuat.az xarici mətbuata istinadən bildirir ki, 2017-ci ilin dekabrnda Nyu-Yorkda 450 milyon dollara alınan və sənət dünyasını təəccübləndirən Da Vinçinin "Dünyanın xilaskarı" tablosunun alıcısı gizli qalmışdı. Lakin sonradan alıcının Səudiyyə Ərəbistanı şahzadəsi İbn Salman olduğu məlum olmuşdu. Salman tərəfindən alındıqdan sonra itən tablo şahzadənin lüks yaxtasından tapıldı.

Tablo mütəxəssisləri 500 yaşında olan həssas bir əsərin açıq dənizdə, nəmli bir yerdə saxlanılmasının doğru olmadığını bildiriblər. Dünyanın ən bahalı tablosu "Dünyanın xilaskarı"-nın bu il Parisdə keçiriləcək Da Vinçi sərgisində göstərilməyəcəyi tablonun əslində saxta olması barədə şaiələr yayıb.

Qeyd edək ki, tablonun saxlanıldığı yaxta 136 metr uzunluğunda və 18 metr enindədir. Lüks yaxtada 1 helikopter, 2 dənizaltı qayıq, 2 helikopter eniş meydançası, qapalı hovuz mövcüddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR