"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...

"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...
18:52 12 İyun 2019
63 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kamçatka yarımadasında "Şiveluç" vulkanı püskürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, püskürmə nəticəsində 4,5 kilometr hündürlüyə kül sovrulub.

Külün yaşayış məntəqələrinə çatmadığı qeyd edilsə də, püskürməyə "narıncı" təhlükə səviyyəsi verilib.

Qeyd edək ki, "Şiveluç" vulkanının hündürlüyü 3283 metrdir və Klyuçi qəsəbəsindən 45 kilometr məsafədə yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR