Qubada yeni futbol stadionu tikiləcək

Qubada yeni futbol stadionu tikiləcək
19:07 12 İyun 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

"Qubanın təsdiq olunmuş yeni baş plana əsasən, rayonda futbol meydançasının tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub".
Bu fikirləri "Report"a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.
"Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Quba şəhərində 2 yaşayış massivi var: "Dəvədabanı" və "Qəçrəş yolu". Buradakı küçələr genişləndirilir və abadlaşdırılır. Ümumilikdə, şəhər və ətrafında abadlaşdırma və yaşıllaşdırma işləri nəzərdə tutulub," - M.Xeyrullayev əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.




Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/qubada-yeni-futbol-stadionu-tikilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR