Azərbaycanın velosiped komandası Tokio-2020 üçün daha 18 lisenziya xalı qazanıb (FOTO)

Azərbaycanın velosiped komandası Tokio-2020 üçün daha 18 lisenziya xalı qazanıb (FOTO)
19:22 12 İyun 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan yığma komandamız Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.

Yığma komandamızın lideri Elçin Əsədov 172 km-lik “Orxan Qazi” turunda finiş xəttini 5-ci keçməklə 15, 122 km-lik “İldırım Bəyazid” yarışında isə 8-ci olmaqla daha 3 xal əldə edib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3075722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR