Azərbaycanın istehsal etdiyi likör, şərab ixrac coğrafiyasını genişləndirir

Azərbaycanın istehsal etdiyi likör, şərab ixrac coğrafiyasını genişləndirir
20:29 12 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın “Naigin-KO Tovuz-Baltiya” MMC spirtli içkilər istehsalçısı yeni ixrac istiqamətlərini müəyyənləşdirib.

Bunu Trend-ə şirkətin xarici əlaqələr departamentinin rəhbəri Elman İsmayılov deyib.

Departament rəhbərinin sözlərinə görə, bu il müəssisənin məhsulları Belarus və Çinə ixrac ediləcək:

“Müəssisədə üzüm və meyvə şərabları, brendi, likör istehsal olunur və bütün bu məhsullar ölkə xaricinə ixrac edilir. İxrac olunan məhsulun əsas həcmi Rusiya, Ukrayna və Baltikyanı ölkələrin bazarlarına çıxarılır. Spirtli içkilərimiz qismən Avropa bazarlarına, xüsusilə də AlmaniyaPolşaya ixrac edilir. Hazırda biz Çin və Belarusda tərəfdaşlarımızla danışıqlar aparırıq və yaxın zamanlarda bu ölkələrə ixracatı təşkil etmək niyyətindəyik”.

E.İsmayılovun sözlərinə görə, ixraca yönələn bir partiya orta hesabla 20 tona bərabər olur.

O əlavə edib ki, müəssisə tədarük həcmlərini artırmaq niyyətindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3014715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR