Türkiyənin Gürcüstandakı səfiri Marneuli rayonunun rəhbəri ilə görüşüb

Türkiyənin Gürcüstandakı səfiri Marneuli rayonunun rəhbəri ilə görüşüb
20:37 12 İyun 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Marneuli rayonuna səfər edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində xanım səfir rayon bələdiyyəsində icra başçısı Zaur Darğallı ilə görüşüb.
F.C.Yazqan Z.Darğallını icra başçısı vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə gələcək planları müzakirə ediblər.
Görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Tbilisi koordinatoru Necla Demirdağ da iştirak edib.




Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-gurcustandaki-sefiri-marneuli-rayonunun-rehberi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR