"Məni prezident seçin, xərçəngə çarə tapım" - ABŞ-DA SENSASİYALI SEÇKİ VƏDİ

"Məni prezident seçin, xərçəngə çarə tapım" - ABŞ-DA SENSASİYALI SEÇKİ VƏDİ
20:42 12 İyun 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Co Bayden iddialı bəyanatlar verib.

Xərçəng xəstəliyindən oğlunu itirmiş Bayden prezident olacağı təqdirdə, bu xəstəliyin müalicəsini tapacağını deyib.

Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb: "Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq".

Milli.Az Aznews.az-a istinadən xatırladır ki, Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda "Cancer Moonshot" adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.

Bayden elə həmin il Vatikanda iştirak etdiyi beynəlxalq konfransda çıxış edərək Xərçənglə Mübarizə Fondunun yaradılmasının zəruriliyindən danışmışdı.

O, vitse-prezident vəzifəsindən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı işlərini davam etdirmişdi.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR