Yasamalda binada yanğın - YENİLƏNİB - VİDEO

Yasamalda binada yanğın - YENİLƏNİB - VİDEO
20:52 12 İyun 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

20:47

Milli.Az Trend-ə istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

---------

18:06

Yasamal rayonunda binada yanğın baş verib.

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, yanğın Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində baş verib.

Çoxmənzilli yaşayış binasında baş verən yanğından sonra əraziyə yanğınsöndürənlər cəlb edilib. Hazırda sakinlər təxliyə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/762562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR