Azərbaycanın tranzit gəlirləri artır

2018-ci ildə Azərbaycanın neft və qaz tranzitindən gəlirləri 10,69 milyon dollar (18,1 milyon manat) təşkil edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının hesabatında deyilir.

Hesabata əsasən, bu göstərici 2017-ci illə müqayisədə 188,2 min manat və ötən ilin proqnozlaşdırılmış göstəricilərindən 4,2 faiz çoxdur.

Bundan başqa, qeyd olunur ki, hesabat dövründə Bakı-Supsa neft kəmərinin Azərbaycan hissəsindən 27,9 milyon barel neft nəql olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR