Bakıda yanğın - 83 nəfər təxliyə edildi

Bakıda yanğın - 83 nəfər təxliyə edildi
23:13 12 İyun 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin eyvanında bir ədəd qaz sayğacı, yeddinci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, bir ədəd su qızdırıcısı və bir ədəd kondisioner, səkkizinci mərtəbəsinin eyvanında 4 kvadratmetr sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 paqonnımetr yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/281700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR