“Facebook”dan gözlənilən yenilik

“Facebook”dan gözlənilən yenilik
18:46 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Qlobal internet şəbəkəsinin istifadəçilərinə onların "Facebook" şəbəkəsində "like"larını ləğv etməyə imkan verən "Facebook Unliker" proqramı təqdim edilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Unliker" ilk növbədə artist, musiqiçi, əlavə proqramlar və s. kontentə bir neçə il bundan əvvəl "like" işarəsi qoyan istifadəçilər üçün nəzərdə tutulub.
 
"Facebook Unliker"in səhifəsində login yaradan istifadəçi müxtəlif səhifələrdə qoyduğu "like" işarələrinin hamısını görə bilər və onların hansını saxlamaq istədiyini, hansını isə silmək istədiyini müəyyən edə bilər. Bununla istifadəçi operativ şəkildə səhifələrə, şəkillərə və statuslara qoyduğu "like"ları silə bilər.
 
Aynur Vəliyeva
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR