Baş nazir: Gürcüstan ABŞ ilə birbaşa hava əlaqəsi qurmağı planlaşdırır

Baş nazir: Gürcüstan ABŞ ilə birbaşa hava əlaqəsi qurmağı planlaşdırır
05:29 13 İyun 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstan və ABŞ iki ölkə arasında birbaşa hava əlqəsinin qurulması üzərində intensiv çalışırlar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze Vaşinqtona səfəri zamanı deyib.

M.Baxtadze bildirib: "Hər gün Gürcüstana Asiya, Avropa və Yaxın Şərq ölkələrində 100-dən artıq aviareys həyata keçirilir, və biz Gürcüstan və ABŞ arasında birbaşa hava əlaəqsinin qurulması üzərində intensiv çalışırıq".

Baş nazir qeyd edib ki, bir neçə il öncə vəziyyət tam olaraq fərqli idi - Gürcüstana nadir hallarda bəzi Avropa ölkələrində reyslər təşkil edilirdi: "Biz yalnız regional mərkəz deyil, həm də Asiya və Avropanı birləşdirən nöqtə olmaq istəyərik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3075791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR