Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb

Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb
09:52 13 İyun 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

İlk xəbər saat 09:32-də verilib
Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətlərinin 65%-i Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.
Sənədə əsasən, Aİ şirkətlərinin 75%-i yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18%-i buna əmin olmadığını, 7%-i isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib. 
Bundan başqa, şirkətlərin 64%-i bu il ölkənin iqtisadi perspektivlərin sabit qalacağını bildirib. 
Şirkətlər Azərbaycanda biznes üçün riskləri də açıqlayıb. Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/avropa-i-ttifaqi-sirketleri-azerbaycanda-biznes-ucun-riskleri-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR