Yohannes Han: "Aİ ilə Azərbaycan arasında yeni saziş iqtisadi imkanların artmasına yardım edəcək"

Yohannes Han: "Aİ ilə Azərbaycan arasında yeni saziş iqtisadi imkanların artmasına yardım edəcək"
09:57 13 İyun 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi, bu, iqtisadi imkanların artmasına da yardım edəcək".
"Report"un məlumatına görə, bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han bu gün Bakıda işə başlayacaq Aİ-Azərbaycan Biznes Forumundan əvvəl jurnalistlərə deyib.
"Forum biznes sahəsində əlverişli mühitin təşviq edilməsi üçün çox faydalı platformadır. Burada Aİ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq çiçəklənə bilər. Aİ və Azərbaycandan olan bütün biznes nümayəndələrinin fikirlərini eşitmək, onların çətinlikləri və gördükləri imkanlarla tanış olmaq mühümdür. Əminəm ki, Aİ-Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi bu, iqtisadi imkanların artmasına da yardım edəcək".
Komissar Y.Han Biznes Forumun açılış sessiyasında Aİ və Azərbaycanın yüksək səviyyəli digər hökumət nümayəndələri ilə birgə çıxış edəcək.
Biznes Forumda Almaniya-Azərbaycan Ticarət Palatası (AHK) Aİ-nın dəstəklədiyi "Aİ Biznes Mühiti Hesabatı - Azərbaycan 2019" sənədini təqdim edəcək. Bunun nəticələri Aİ-Azərbaycan biznes münasibətləri üçün əlverişli mühitə yönələn canlı müzakirələr üçün başlanğıc nöqtəsi olacaq. Qarşılıqlı əlaqə, kənd təsərrüfatı və turizm sahəsində keçiriləcək panel müzakirələrində sektor üzrə spesifik strategiya və layihələrə dair fikir mübadiləsi aparılacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/yohannes-han-ai-azerbaycan-arasindaki-yeni-sazisden-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR