Deputatlar bu gün növbədənkənar iclasa toplaşır - Gündəlikdə 36 məsələ var

Deputatlar bu gün növbədənkənar iclasa toplaşır - Gündəlikdə 36 məsələ var
10:05 13 İyun 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclas iki gün davam edəcək. İclasın ilk günündə deputatlar əvvəlcə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni müzakirə edəcək.

Daha sonra "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında", "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər.

İki gün davam edəcək iclasın gündəliyinə 36 məsələ daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/762620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR