Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Metbuat.az xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR