"Ağlamamışam, tərimi silirdim" - Ramil Şeydayev

"Ağlamamışam, tərimi silirdim" - Ramil Şeydayev
10:37 13 İyun 2019
84 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin üzvü Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına Bakıdakı 1:5 hesablı məğlubiyyətə görə üzr istəyib.

Milli.Az xəbər verir ki, o, bu barədə özünün Feysbuk hesabında yazıb.

Yığmanın matçdakı yeganə qolunun müəllifi sosial şəbəkələrdə yayılan və oyun sonrası müsahibə zamanı ağladığını göstərən epizodda, sadəcə, tərini sildiyini əlavə edib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz.

P.S. Düzdü, çox üzülmüşdüm, amma intervyuda ağlamamışam, tərimi silirdim", - Şeydayev yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR