Murad Arif "Tavla"nı dövriyyəyə buraxdı (AUDİO)

Murad Arif "Tavla"nı dövriyyəyə buraxdı (AUDİO)
18:46 15 Yanvar 2015
123 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış şoumen, teleaparıcı, bəstəçi və nəhayət müğənni Murad Arif ikinci rəsmi mahnısını dövriyyəyə buraxdı. "Tavla" adlanan mahnının ilk ifaçısı və müəllifi məşhur türk sənətçisi Mirkəlamdır.

Murad Arif ANS PRESS-ə açıqlamasında, yeni yazdırdığı mahnını uşaqlıqdan çox sevdiyini söylədi:

"Artıq 20 ildir ki, sözlərini əzbər bildiyim mahnıdır. İlk dəfə 1994-cü ildə, türk sənətçisi Mirkəlam albomuna daxil edib bu mahnını. Bu yaxınlarda Türkiyənin 1 nömreli aranjimançısı İskəndər Paydaşla tanış oldum. Onun Mirkəlamla işbirliyinə və özəlliklə "Tavla" (Nərd oyunu) mahnısına olan sevgimi bildirdim.

Qısa bir müddətdən sonra, İskender Paydaş mənə bu mahnının yeni bir aranjimanını hədiyyə etdi və mən bu mahnını müəlliflərin rəsmi icazəsi ilə oxudum. Çox xoşbəxtəm ki, mahnı mən istədiyim kimi alındı. "Tavla" dəlisi olduğum, çox sevdiyim funk janrında yazılmış bir türk pop mahnısıdır".

Murad Arif mahnıya tezliklə klip çəkdirməyi düşünür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=319887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR