Rüfət Məmmədov: "Nur-Sultanda Azərbaycan Ticarət Evi payızda açılacaq"

Rüfət Məmmədov: "Nur-Sultanda Azərbaycan Ticarət Evi payızda  açılacaq"
13:52 13 İyun 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

"Bu ilin payızında Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq".
Bunu "Report" a İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib. 
Onun sözlərinə görə, Ticarət Evi Qazaxıstanın Nur-Sultan şəhərində açılacaq.
Nazir müavini bildirib ki, hazırda ticarət evlərin açılması ilə bağlı danışıqlar davam edir: "Çinin müxtəlif bölgələrində və Ər-Riyadda açılması nəzərdə tutulur. Çalışırıq ki, ticarət evlərin açılışı bu il ərzində baş tutsun, lakin proses bu ilin sonuna yaxud da növbəti ilədək çəkə bilər".
Xatırladaq ki, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 7 ölkədə - Belarus, LatviyaPolşaRusiya, Çin (Lucou şəhərində), BƏƏ və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-8-ci-ticaret-evini-acir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR