Trampdan Almaniyaya təhdid - "Rusiyadan qaz alsalar..."


ABŞ Prezidenti Donald Tramp rus təbii qazını Baltik dənizinin altından Almaniyaya daşıyacaq "Şimal axını 2" qaz xətti üçün sanksiya tətbiq etməyi dəyərləndirdiyini deyib.

Metbuat.az xarici mətbuata istinadən bildirir ki, "Ağ Ev"-də Polşa Prezidenti Andrej Duda ilə görüşünün ardından jurnalistlərin suallarını cavablandıran Tramp Almaniyanı xəbərdar edib ki, Almaniya enerjidə Rusiyadan daha da asılı hala düşəcək. O bildirib ki, Almaniyanı Rusiyadan qoruyuruq və Rusiya Almaniyadan milyonlarla dollar alır.

Qeyd edək ki, ABŞ Enerji naziri Rik Perri keçən ay açıqlamasında bildirmişdi ki, "Şimal axını 2"-də yer alan şirkətlərə böyük məhdudiyyətlər gətirəcək bir sanksiya yaxın müddətdə Konqresin gündəminə gətiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR