“Real” transfer rekordunu yenilədi

“Real” transfer rekordunu yenilədi
14:12 13 İyun 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

Son olaraq "Lion"dan Ferland Mendini heyətinə qatan "Real" transferdə klub rekordunu yeniləyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Real" yay transfer pəncərəsi dövründə "Lion"dan Ferlan Mendini (48 milyon), "Çelsi"dən Eden Hazardı (100), "Ayntraxt"dan Luka Yoviçi (60), "Portu"dan Eder Militanonu (50) və "Santos"dan Rodriqonu (45) heyətinə qatıb. "Real" bu transferlər üçün ümumilikdə 303 milyon avro xərcləyib. Bu, "Real"ın klub tarixində bir transfer pəncərəsində futbolçulara xərclədiyi ən yüksək məbləğdir.

"Real" bununla da, 10 il əvvəlki şəxsi rekordunu yeniləyib. 2009-cu ilin yayında "kral klub"u Kriştiano Ronaldo, Kaka, Xabi Alonso, Kərim Benzema, Raul Albiol, Alvaro Neqredo, Alvaro Arbeloa və Esteban Qranero üçün ümumilikdə 258,5 milyon avro xərcləmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/762703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR