Azərbaycanlılar “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi seçilib

“Gələcəyə baxış” Avrasiya Patent Universiadası ( bilik yarışması) keçirilib.

Metbuat.az bildirir ki, Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilən yarışmada APT-nın üzv-dövlətlərinin iki yaş kateqoriyası üzrə orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri və 25 yaşadək digər maraqlanan şəxslər iştirak edib.

Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri bilik yarışmasına qatılıblar. Azərbaycanın ali və ümumi təhsil müəssisələrini təmsil edən 30-dan çox müəllifin layihələri Universiadanın Təşkilat Komitəsinə göndərilib.

Bilik yarışmasının nəticələrinə əsasən, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev qalib elan edilib. Onların birgə hazırladıqları “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən ən yüksək yerə layiq görülüb.

Bundan əlavə, birinci yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik anti-buzlanma sistemi” mövzusunda layihələri, eləcə də ikinci yaş kateqoriyası (18 yaşdan - 25 yaş daxil olmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” mövzusunda layihə də Universiadanın mükafatçıları sırasındadır.

Universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.

Qeyd etmək lazımdır ki, APT 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR