Dünya şöhrətli aktyor qızlara etdiyi hərəkəti ilə QƏLBLƏRDƏ TAXT QURDU - FOTO

Dünya şöhrətli aktyor qızlara etdiyi hərəkəti ilə QƏLBLƏRDƏ TAXT QURDU - FOTO
14:23 13 İyun 2019
Ölkə mətbuatı
A- A+

Xeyriyyəçi kimi tanınan aktyor Kianu Rivz qız pərəstişkarlarına qarşı etdiyi hərəkəti ilə dünya mətbuatının gündəmindədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə ay əvvəl “Con Uik 3” filmi ilə tamaşaçıların görüşünə gələn aktyor onunla şəkil çəkdirmək istəyən fanatlarına əsla toxunmur. Alicənablığı və xeyriyyəçiliyi ilə sevilən artist bədən təması qurmağı xoşlamır. Rivz onlara toxunaraq narahat etmək istəmir.

Bu fakt 54 yaşlı aktyorun fanatları ilə çəkilən şəkillərdə öz əksini tapıb. Aktyorun bu hərəkəti tanımadığı insanlarla məsafəli olmağı sevməsi ilə izah edilir.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Los-Ancelesdə Xbox üçün aktyorun baş qəhrəman olduğu “Cyberpunk 2077”-in yeni kompüter oyununun nümayişi olub. Bu oyun sosial şəbəkələrdə böyük maraq doğurub.

Qeyd edək ki, 54 yaşlı tənha aktyor təmtəraqlı ulduz həyatı yaşamır, o, adi insanlar kimi ictimai nəqliyyatdan istifadə edir və gəlirinin böyük hissəsini xeyriyyə fondlarına xərcləyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/281756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR