Avropa İnvestisiya Bankı Azərbaycanda fəaliyyətini genişləndirmək üçün istiqamətləri açıqlayıb

Avropa İnvestisiya Bankı Azərbaycanda fəaliyyətini genişləndirmək üçün istiqamətləri açıqlayıb
14:37 13 İyun 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

"Biz dünyada ən iri investisiya bankıyıq. Həmçinin bu vaxta qədər 64 mlrd avro məbləğində investisiya yatırmışıq ki, onun da yarısı özəl sektorun payına düşür". 
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən Avropa İnvestisiya Bankının (EIB) korporativ diviziyasının sədr müavini Jan-Jasques Soulasrup (Jean-Jacques Soulacroup) deyib.
Jan-Jasques Soulasrup etiraf edib ki, Azərbaycanda fəaliyyətləri o qədər də qənaətbəxş deyil: "Biz çox böyük bankıq. Amma etiraf etmək lazımdır ki, bizim Azərbaycanda fəaliyyətimiz demək olar yoxdur. Hazırda iki əsas sahədə fəaliyyətimizi genişləndirməkdə maraqlıyıq. Birincisi təbii ki, maliyyə sektoru ilə bağlıdır. İkincisi isə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir". 
EIB-in şərtlərinə əsasən, maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 mln. ABŞ dollarından az olmamaq şərtilə) qarşılamalıdırlar. İstisna olaraq, enerji layihələri təşkil edir, onların 75%-ni bank dəstəkləməyə hazırdı.
Qeyd edək ki, Avropa İnvestisiya Bankı Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro məbləğində kredit ayırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ei-b-azerbaycanda-fealiyetini-genislendirmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR