Polşa səmasında qeyri-adi gəmi göründü

Polşa səmasında qeyri-adi gəmi göründü
15:17 13 İyun 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

Polşanın Meroşuv şəhəri yaxınlığında lentə alınan bir video çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu dəfə çox yüksək sürətli PUA kadra düşüb. İnternetdə isə ufoloqlar məsələyə iki şərh verirlər. Birinci versiyaya əsasən, PUA-lar üzərində yeni sınaqlar keçirilir.

İkinci versiyaya əsasən isə, yadplanetlilər planetimizin monitorinqini artırıblar. Ehtimal edilir ki, planetimiz nüvə və ekoloji fəlakətlə üz-üzədir və onlar bu səbəbdən araşdırmaları artırıblar.

Qeyd etmək yerinə düşər ki, ABŞ-ın bir sıra hərbi strukturları, xüsusən də naməlum uçan obyektləri müşahidə etmək üçün qurulan "FastWalkers" qurumu etiraf edir ki, son dövrlər UNO-ların peyda olması barədə faktlar çoxalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/762776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR