Heydər Əliyev Azərbaycan ətrafında informasiya blokadasını yarmaq üçün bizə böyük dəstək verirdi

Heydər Əliyev Azərbaycan ətrafında informasiya blokadasını yarmaq üçün bizə böyük dəstək verirdi
15:18 13 İyun 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə Azərbaycan və Dağlıq Qarabağ barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün türkiyəli jurnalistlərə böyük dəstək verirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin nüfuzlu “Yaşıl İğdır” qəzetinin redaktoru, tanınmış publisist Cabbar Şıktaş bildirib.

O dövrdə “Milliyyət” və “Yaşıl İğdır” qəzetlərinin müxbiri olaraq Azərbaycana dəfələrlə səfər edən Cabbar Şıktaş ümummilli lider Heydər Əliyevlə tanışlığını taleyinin şansı kimi dəyərələndirir. Bu barədə maraqlı xatirələr danışan Cabbar Şıktaş qeyd edib ki, o dövrdə Azərbaycan hərtərəfli blokadada olduğu üçün ölkəmizə dair xəbərləri, eləcə də Dağlıq Qarabağla bağlı həqiqətləri yaymaqda böyük çətinliklər vardı. Heydər Əliyev informasiya blokadasını yarmaq üçün Naxçıvanda fəaliyyətimizə lazımi şəraitin yaradılması, işimizə davamlı kömək göstərilməsi üçün tapşırıq vermişdi.

Cabbar Şıktaşın xatirələrindən: “Ulu Öndər ən çətin şəraitlərdə belə təmkinini pozmur, müdrik qərarlar verirdi. Mən o dövrdəki proseslərin birbaşa içərisində olan qəzetçi kimi bu gün də əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev olmasaydı, Naxçıvanı çox pis aqibət gözləyirdi. Naxçıvan qorunmasa, Türkiyəyə də ağır bəlalar gələcəkdi. Ulu Öndərin şəxsi tapşırığı ilə mən Sədərəyin Mil Təpə yüksəkliyindəki müdafiə nöqtəsinə getdim. Azərbaycanın qəhrəman övladları ilə çiyin-çiyinə səngərdə olmaq çox şərəfli idi. Ermənistan tərəfi ətraf bölgəyə ağır texnika və hərbi qüvvə toplayırdı. Müşahidələrim və fotolar əsasında məlumat hazırladım. O dövrdə sensasiya yaradan bu xəbərin yayılmasından 15 gün sonra Ermənistan tərəfi Naxçıvana qarşı genişmiqyaslı hücuma keçdi. Bu hadisədən sonra bir daha əmin oldum ki, Heydər Əliyev informasiya işini mükəmməl bilir. Böyük dövlət xadimi olan Heydər Əliyev həqiqətləri əks etdirən bu cür xəbərlərlə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini Naxçıvana, həmçinin Dağlıq Qarabağ münaqişəsinə yönəltdi və bölgəni işğal təhlükəsindən xilas etdi. Ulu Öndər Naxçıvanın ən çətin günlərində belə Dağlıq Qarabağla bağlı informasiyaların geniş yayılmasına xüsusi diqqət yetirirdi”.

Qeyd edək ki, 65 il əvvəl nəşrə başlayan “Yaşıl İğdır” qəzeti Türkiyə azərbaycanlılarının yaratdıqları ilk qəzetidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/281765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR