Agentlik: "Yanardağ"da ibtidai icma dövrünə aid mağaralar, bulaqlar, palçıq vulkanı, pir də var (FOTO)

Agentlik: "Yanardağ"da ibtidai icma dövrünə aid mağaralar, bulaqlar, palçıq vulkanı, pir də var (FOTO)
15:36 13 İyun 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Dövlət Turizm Agentliyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna jurnalistlərin media turunu təşkil edib.

Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyinin rəsmisi Elşən Mustafayev jurnalistlərə bildirib ki, həm tarix mədəniyyət nümunələrinin, həm də təbiət abidələrinin qorunduğu bir qurum olan "Yanardağ" qoruğu 2007-c ildə Prezidentin sərəncamı ilə yaradılıb.

E.Mustafayev qeyd edib ki, qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir:

"İlk öncə gələn turistlər "Yanardağ" abidəsini ziyarət edirlər, lakin biz onların turizm maşrutunu genişləndirmək və onları digər məndəni irs nümunələrinə də baxmağa yönləndirmək istəyirik. Qoruq ərazisində qədim paleolit dövrünə aid insan düşərgəsi, qədim mağaralar, palçıq vulkanı, kükürdlü su bulağı kimi abidələrlə yanaşı, Osmanlı əsgərlərinin qazıb istifadə etdikləri səngərlər, kurqanlar da var. Bunlar göstərir ki, bu abidə təkcə təbii irs nümunəsi deyil, həm də Azərbaycanı xarici turistlərə tanıdacaq mədəni nümunədir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3076118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR