Ümumdünya Gömrük Komitəsinin "İnformasiya Texnologiyaları Konfransı və Sərgisi" keçirilir - Bakıda

Bakıda Ümumdünya Gömrük Təşkilatının "Texnoloji innovasiyalar, İnformasiya Texnologiyaları Konfransı və Sərgisi" keçirilir.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində "Smart sərhədlər üçün yeni texnologiyalar" şüarı ilə keçirilən tədbirin 2-ci günündə Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kanq çıxış edib, o tədbir iştirakçılarını salamlayıb və ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinə ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib. Baş direktor bildirib ki, bu tədbir qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə və problemlərdən çıxış yollarını aramaqda kömək edəcək. O həmçinin informasiya texnologiyaları sahəsindəki qabaqcıl təcrübələrdən söz açıb.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya isə nitqində vurğulayıb ki, bügünkü konfrans aparıcı texnologiyaların və yeniliklərin paylaşılması sahəsində yüksək səviyyədə təşkil edilib, tədbirdə ÜGT-nin qlobal texnologiyalar üzrə peşəkar ekspertlər qrupu iştirak edir. Əldə olunan nailiyyətləri bu tədbir çərçivəsində daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirən Mikuriya, tədbirdə daha çox ticarət, səyahət və nəqliyyat üçün yeni texnologiyalar mövzusunun seçildiyini diqqətə çatdırıb.

Kunio Mikuriya həmçinin qeyd edib ki, bu gün elektron kommersiya və elektron ticarətin inkişafı müşahidə olunur və bu bizim yaşam tərzimizdir. Süni intellekt, blokçeyn, əşyalar interneti və s. sərhəd-keçid məntəqələrində idarə edilməsi iqdisadi inkişafa səbəb ola bilər. Baş katib onu da bildirib ki, biz ölkələrin təcrübə və fikir mübadiləsindən yararlanır və konfransda müzakirələr apararaq gələcəkdə bu sahəni inkişaf etdirə bilərik.

Daha sonra tədbir iştirakçıları texnoloji yeniliklər və avadanlıqların nümayiş olunduğu sərgiyə baxıblar.

Konfrans sessiyalarla davam edib. Sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi ilə bağlı mövzular müzakirə edilib.

Qeyd edək ki, konfrans iyunun 14-nə qədər davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR