Gələn həftədən Karbamid zavodu SOCAR-ın idarəçiliyinə keçəcək

Gələn həftədən Karbamid zavodu SOCAR-ın idarəçiliyinə keçəcək
15:57 13 İyun 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 20-dən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodu şirkətin idarəçiliyinə keçəcəkd.
"Report" xəbər verir ki,bu barədə jurnalistlərə Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
O qeyd edib ki, hazırda Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti ilə təhvil- təslim işləri həyata keçirilir: "Zavodda Sınaq-sazlama işləri tamamilə yekunlaşıb. İyun ayının əvvəlindən "Samsung Engineering" şirkəti ilə təhvil-təslim işləri aparılır.Bu işlərlə əlaqədar iyunun əvvəlindən zavodda istehsal dayandırılıb. Təhvil-təslim işlərinin iyunun 20-də yekunlaşması gözlənilir.Bundan sonra zavod SOCAR-ın mühəndisləri, işçiləri tərəfindən idarə olunacaq"-, deyə o əlavə edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gelen-hefteden-karbamid-zavodu-socar-in-idareciliyine-kececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR