Frida Kahloya aid olan səs yazısı tapılmış ola bilər

Dünyaca məşhur meksikalı rəssam Frida Kahlonun bilinən yeganə səs yazısı olduğuna inanılan bir səs yazısı əldə edilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ingilis “Guardian” qəzetinin xəbərinə görə, Meksikanın Beynəlxalq Səs Kitabxanasında tapılan səs yazısının 1955-ci ildə yayımlanan “El Bachillor” radio proqramının pilot bölməsindən götürüldüyü düşünülür.

Frida Kahlonun 1954-cü ildə həyatını itirdikdən 1 il sonra yayımlanan proqramda Kahlonun həyat yoldaşı məşhur rəssam Diego Riveranın bir portreti çəkilir.

Səs yazısında Frida Kahlo olduğu düşünülən şəxs sənətçinin həyat yoldaşı üçün özü yazdığı “Diegonun portreti” adlı nümunədən bir hissəni oxuyur.

Meksika mədəniyyət naziri Alejandro Frausto sənət dünyasını həyəcanlandıran bu səs yazısı ilə bağlı bir açıqlama edib.

O, vəzifəli şəxslərin yazının Fridaya aid olub, olmadığını araşdırdığını deyib.

Meksika Beynəlxalq Səs Kitabxanası on illər içində bir çox tarixi adın səs yazısını öz arxivində toplayıb.

Amma kitabxananın direktoru Pavel Granados təşkil etdiyi mətbuat toplantısında ziyarətçilərin ən çox Frida Kahlonun səs yazısı ilə maraqlandıqlarını bildirib. O “ Fridanın səsi daima bir sirr, bitmək bilməyən bir axtarış olaraq qalıb” deyə bildirib.


https://metbuat.az/news/1206885/istiliyin-50-dereceni-kecdiyi-olkede-quraqliq-felaketi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR