"Azərbaycan "Coca-Cola" üçün vacib ölkədir"

"Azərbaycan "Coca-Cola" üçün vacib ölkədir"
18:48 15 Yanvar 2015
136 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“Həm burada fəaliyyət göstərdiyimiz 20 il ərzində yatırdığımız investisiyalar, həm də cəmiyyətlə çox yaxşı münasibətlər qura bilməyimiz baxımından Azərbaycan bizim üçün çöx önəmli bir ölkədir”. Bu barədə Trend-ə “Coca-Cola” şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas deyib.

Q.F.Molinas qeyd edib ki, şirkətin qarşıdakı illərdə də Azərbaycana yatırımları davam edəcək: “Biz burada hər gün investisiyalarımızı artırırıq. Misal üçün, deyə bilərəm ki, son 5 ildə şirkətin fəaliyyəti 45 faiz genişlənib ki, bu da davamlı investisiyaların nəticəsidir. Burada bizim müəssisələrimizdə 550 insan çalışır. Ümumilikdə isə Azərbaycanda 2500 nəfərlik bir “Coca-Cola” ailəsi var”.

O, təmsil etdiyi şirkətin Azərbaycanda mütəmadi olaraq yeni məhsullar təqdim etdiyini qeyd edib: “Biz zaman-zaman yeni məhsullar təqdim edirik. Bundan əvvəl “Fuse tea” adlı buzlu çay məhsulunu satışa çıxardıq. Davamlı olaraq yeni məhsullar təqdim edirik və bu, davam etdiriləcək. Çünki biz innovasiyanın nə qədər əhəmiyyətli olduğunu başa düşürük. İstehlakçıların yeni məhsullara ehtiyacı olduğu zaman biz də yeni məhsullar təqdim edirik”.

Q.F.Molinas Azərbaycanda şirkətin işçilərinin ixtisar edilməsi haqqında yayılan məlumatlara da aydınlıq gətirib. O, qeyd edib ki, bu, şirkətin böyüməsi üçün həyata keçirilən bir işdir: "Bu, bütün şirkətlərin zaman-zaman həyata keçirdiyi bir şeydir. Dolayısilə, təkrar genişlənmə həcmimizi artırmaq üçün bunları həyata keçiririk. Bunun hazırda fəaliyyət şərtlərimizi dəyişdirdiyimiz bütün ölkələrə bir təsiri olacaq, lakin Azərbaycana təsir etməyəcək”.

Azərbaycanda “Coca-Cola” şirkətinin məhsularının qiymətlərin artırılmasına gəlincə isə xanım Q.F.Molinas qeyd edib ki, qiymətlər tam olaraq bəlli səbəblərlə və ticarət şərtləri ilə bağlı olan bir məsələdir.

O, əlavə edib ki, “Coca-Cola” şirkətinin bölgəyə qoyduğu investisiyalar 2 milyard dollar civarındadır: “Bura Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya, o cümlədən Pakistan daxildir. Yəni “Coca-Cola” şirkətinin fəaliyyət göstərdiyi 10 ölkəyə son 10 ildə yatırılan investisiya 2 milyard dollar civarındadır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR