"Sumqayıt" "Keşlə"dən ayrılan müdafiəçini heyətinə qatıb

"Sumqayıt" "Keşlə"dən ayrılan müdafiəçini heyətinə qatıb
16:12 13 İyun 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 
"Report" klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Keşlə”də keçirən Sertan Taşqınla 2 illik müqavilə imzalanıb. 22 yaşlı müdafiəçi "gənclik şəhəri" təmsilçisində 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). O, həmçinin Azərbaycanın U-19 (3 oyun) və U-21 millilərinin (11 oyun) şərəfini qoruyub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-kesle-den-ayrilan-mudafiecini-heyetine-qatib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR