BDU-DA “ULDUZ” JURNALI HAQQINDA BURAXILIŞ İŞİ MÜDAFİƏ OLUNUB

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Yazıçılar Birliyinin (AYB) populyar ədəbi orqanı olan “Ulduz” jurnalı haqqında buraxılış işi müdafiə olunub.

Metbuat.az bildirir ki, Universitetin Kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil alan tələbə Gültac Bayramlının yazdığı buraxılış işində “Ulduz” jurnalının yaranma tarixi, formalaşması və inkişaf dövrləri haqqında müfəssəl məlumatlar verilib. Eyni zamanda jurnalda yer almış şeir, nəsr, ədəbi tənqid və s. mətnlərin çapa hazırlanması zamanı onların üzərində aparılmış redaktə əməliyyatları və bədii tərtibat məsələləri də diplom işində tədqiq edilmişdir. Qeyd edək ki, tələbənin elmi rəhbəri BDU-nun dosenti, Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvü Ələmdar Cabbarlıdır.

Müdafiədə iştirak edən “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı Təranə Vahid tədqiqat işinin jurnalın həyatında önəmli hadisə olduğunu bildirib, bundan sonra fakültə ilə əməkdaşlığı vacib hesab edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR