Türkiyə Müdafiə naziri ABŞ rəsmisi ilə telefonla danışıb

Türkiyənin Müdafiə naziri Hülusi Akar ilə ABŞ Müdafiə nazirinin birinci müavini Patrik Şanahan arasında telefon danışığı olub.

Metbuat.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir:

"Hülusi Akar ABŞ tərəfindən göndərilən məktubdakı müttəfiqlik ruhuna uyğun olmayan üslubdan dolayı narahat olduğunu bildirib. Hər iki tərəf Brüsseldə keçiriləcək NATO Müdafiə nazirləri iclasında dialoqun davam etdirilməsi çərçivəsində görüşmək üçün razılıq əldə edib"




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR