“Məni 7 saat döydü, huşumu itirdim...”

“Məni 7 saat döydü, huşumu itirdim...”
16:37 13 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Çağrı mənim sevgilimdir. Onunla iki il əvvəl tanış olmuşuq. Bir il yarımdır eyni evdə yaşamışıq. İyunun ikisində qısqanclıq üstündə mübahisə yarandı. Davamız 4 saat davam etdi". 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri türk prodüser sevgilisi tərəfindən şiddətə məruz qalan model Tanja Djukic deyib. O, polisə izahatında Çağrı T. Arasında yaranan mübahisənin pərdəarxasını danışıb. Serb model qeyd edib ki, prodüser onu vəhşicəsinə döyüb:

"Mənə təpik və yumruqlarla zərbə endirməyə başladı. Burnumdan, ağzımdan və qulağımdan qan tökülürdü. Yeddi saat fasiləsiz olaraq döyüldüm. Yalvardım, amma işə yaramadı. Daha sonra başıma zərbə endirdi, huşumu itirdim, hamama apardı, duşun altında məni oyandırdı və yenə döyməyə başladı. Sürüyüb otağa apardı, xilas olmaq istədim, boğazıma bıçaq dirədi. Otağa salıb qapını bağladı. Ac və susuz idim. Səhəri gün qapını açdı. Onu inandırdım ki, polisə şikayət etməyəcəm. Məni buraxdı". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR