Yeni təmir olunan "Yanardağ" qoruğundan

Yeni təmir olunan "Yanardağ" qoruğundan
16:47 13 İyun 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əsaslı şəkildə təmir və bərpa olunduqdan sonra açılışı baş tutub.
Abşeron yarmadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində yerləşən qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zona ziyarətçilərin ixtiyarına verilib.
“Report”un əməkdaşı qoruqdan reportaj hazırlayıb.
Qoruq üçün yeni qiymətlər müəyyənləşib. Belə ki, qoruğa giriş avqust ayından yerli sakinlər üçün 2, turistlər üçün isə 9 manat, tələbələr üçün bilet 1 manat, məktəblilər üçün isə pulsuz olacaq. Əgər bələdçi ilə gəzmək istəsəniz Azərbaycan dilində turun 30 dəqiqəsi 3 manat, digər dillərdə isə 6 manatdır.
Buna qədər isə "Yanar dağ"ı ziyarət etmək üçün bir nəfər yerli və xarici vətəndaş 2 manat (bələdçi ilə 5 manat), tələbə 1 manat (bələdçi ilə 3 manat), məktəbli 20 qəpik (bələdçi ilə bir manat) ödəməli idi.
Ərazidə əlillərin maşın saxlamaları üçün xüsusi yerlər də ayrılıb. Xüsusi olaraq, qoruğa övladları ilə gələn valideynlərə onlara nəzarət etməsi tapşırılır. Çünki qoruğun heyəti uşaqların oyun meydançasında və ya digər uşaq zonalarında nəzarətinə görə məsuliyyət daşımır.

Açıq hava konsertləri üçün amfiteatr
İçəri daxil olduqda qarşınıza ilk olaraq muzey çıxır. Muzeydə ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələri nümayiş etdirilir. Muzeydən sonra açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr görünür. Burada fiziki məhdudiyyətli şəxslərin alovun ətrafına enməsi üçün xüsusi yol çəkilib.
Burada uşaqların qoruğun konsepsiyasını daha yaxşı öyrənmələri üçün şərait yaradılıb. Burada Azərbaycan nağıllarını əks etdirən vasitələr, həm də “Yanardağ” konsepsiyasının işləndiyi video oyun hazırlanıb.
Qoruq cəmi bir kafe fəaıliyyət göstərir, qiymətlər heç də ucuz deyil. Belə ki, burada qonaqlara içmək üçün çay, kofe, yemək üçün isə salat, desertlər təklif olunur. Adi  0.5 litrlik suyun qiyməti 1 manat, bir çaynik çayın qiyməti 3 manat 40 qəpikdir. Salat və sendviçlərin qiyməti 5-8 manat aralığında dəyişir.
250 manatlıq həsir çanta
Kafedən suvenirlərin satıldığı kiçik əraziyə keçid var. Bu kiçik guşədə gənc sənətkarların əl işləri satılır. Ala biləcəyiniz ən ucuz suvenir 5 manat, ən bahası isə 250 manatdır. Burada həsirdən hazırlanan çantanın qiyməti 250 manatdır. Alıcılar daha çox armudu stəkanlara, çarıq və daraqlara maraq göstərirlər.
Foto: Firi Salim




















Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/yanardagcgjgdjdgjgyjhjhfjdghj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR