Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı rayonda 40 infrastruktur layihə həyata keçiriləcək

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı rayonda 40 infrastruktur layihə həyata keçiriləcək
17:07 13 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 40 infrastruktur layihə həyata keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Qardabani bələdiyyəsində rayon icra başçısının müavini Revaz Eqadzenin rəhbərliyi altında keçirilən görüşdə bildirilib.
Toplantıda dövlətin maliyyələşdirdiyi kəndlərə dəstək proqramı çərçivəsində rayonda reallaşdırılacaq layihələr müzakirə olunub.
Bildirilib ki, Gürcüstan hökuməti Qardabanidə həyata keçiriləcək layihələr üçün maliyyəni iki dəfə artıraraq 662 min lari (240 min dollardan çox) vəsait ayırıb. Bu layihələrə əsasən kəndlərdə yerləşən məktəb, stadion, bağça, mədəniyyət evləri, park və bağlarda təmir-bərpa işləri daxildir.
İnfrastruktur layihələrin icrasına iyunun 20-də başlanılacaq və avqustun 20-də yekun vurulacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/gurcustanda-azerbaycanlilarin-yigcam-yasadigi-rayonda-40-infrastruktur-layihe-heyata-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR