“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi sponsoru müəyyənləşib

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi sponsoru müəyyənləşib
17:37 13 İyun 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi sponsoru müəyyənləşib. 
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, bu, “MicroPlus İnformatica” şirkətidir. Müqaviləyə əsasən, şirkət festival çərçivəsində məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi üzrə xidmətləri gerçəkləşdirəcək.
“Microplus Informatica” nəticələrin hesablanması xidmətlərinin göstərilməsi üçün vacib olan avadanlıqları, Avropa idman qurumlarının qayda və normalarına uyğun proqram təminatı sistemini, həmçinin, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarış meydanlarında bu xidmətlərin göstərilməsi üçün tələb olunan kadrları təqdim edir.
Gənclər və İdman naziri Azad Rəhimov MicroPlus ilə razılığın əldə olunmasından məmnun olduğunu bildirib: "Bizim üçün nəticələrin idarə olunmasına cavabdeh olacaq şirkətin əsas meyarı onun məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi xidmətləri üzrə böyük təcrübəyə malik olması, eləcə də, nəticələri düzgün və dəqiqliklə qeydə alacaq mükəmməl və problemsiz işləyəcək avadanlığa sahib olmasıdır. Belə vacib bir idman yarışında bu məsuliyyəti yalnız böyük təcrübəyə malik ən yaxşı kompaniya öz üzərinə götürə bilər” - deyə nazir vurğulayıb. 
MicroPlus 2000-ci ildə yaranıb və həmin zamandan etibarən, bir çox əhəmiyyətli idman tədbirlərində, o cümlədən Azərbaycanda keçirilən 2017 İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarında xidmət göstərib. 
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bakidaki-yarisin-resmi-sponsoru

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR