YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək
18:52 13 İyun 2019
Ölkə mətbuatı
A- A+

"Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.

Baş direktorun sözlərinə görə, bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası" yazılmayacaq.

O bildirib ki, belə bir təşəbbüs sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb:

"Növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/762891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR