Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:32 13 İyun 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. 
"Report"un yerli bürosunun məlumatına görə, Ucar rayon sakini, 1973-cü il təvəllüdlü Sənan Hacıyevın idarə etdiyi "Shachman" markalı yük maşını ilə Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Həsən Əlisalam oğlu Cavadlının idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub. 
Nəticədə Zərdab rayon sakini, 1973-cü il təvəllüdlü Sevil Nurəddin qızı Məmmədova və Zərdab rayon sakini, 1964-cü il təvəllüdlü Sevda Nurəddin qızı Cavadova Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

*** 18:27
Ucar rayonunda yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, "Shachman" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. 
Nəticədə minik maşınında olan iki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-iki-avtomobil-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR