Baş məşqçi istefaya göndərildi

Serbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mladen Krstaiç ilə yolları ayırıb.

Metbuat.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin istefası bugünkü iclasda qəbul olunub.

Qeyd edək ki, Mladen Krstaiç 2017-ci ildən Serbiya millisini çalışdırırdı. Komanda Avro-2020-nin seçmə mərhələsində 3 oyuna 4 xal toplayaraq 3-cü yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR