Oman körfəzində tankerlərdən birində partlamamış mina tapıldı

Oman körfəzində tankerlərdən birində partlamamış mina tapıldı
06:48 14 İyun 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Amerika hərbi dənizçiləri Oman körfəzində “Kokuka Courageous” tankerində partlamamış minanı tapıblar.

Publika.az xəbər verir ki, bu haqda Pentaqonun yüksəkvəzifəli nümayəndəsi “Fox News” telekanalına bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin mayında eyni bombaların köməyi ilə həmin rayonda dörd tankerə zərər vurulmuşdu.

Qeyd edək ki, ötən gün Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

“Front Altair Tayvanın “CPC Corp” dövlət şirkəti üçün sifarişi yerinə yetirirdi və 75 min ton neft daşıyırdı. İkinci tanker isə yapon şirkətinə aiddir. O metanol daşıyırdı.

ABŞ-ın dövlət katibi Mayk Pompeo tankerlərə hücuma görə İran hakimiyyətini ittiham edib. Onun iddiasına görə, bunu kəşfiyyat məlumatları və istifadə edilmiş silah göstərir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/281822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR